Meksikada zəlzələ oldu

meksikada-zelzele-oldu
Oxunma sayı: 724

Meksika sahillərində 5,7 bal gücündə zəlzələ olub.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Çyapas ştatının Paredon şəhərindən 51 km cənubda, ocağı isə 60 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb.