Meloni Qazaxıstana gedəcək

meloni-qazaxistana-gedecek
Oxunma sayı: 1917

İtaliyanın Baş naziri Ciorcia Meloni Qazaxıstana səfər edəcək.

“Qafqazinfo” “Tengrinews”a istinadən xəbər verir ki, Baş nazirin səfəri aprelin 26-27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti əsasında baş tutacaq.

Tərəflərin görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı perspektivlərini müzakirə edəcəyi gözlənilir. 

O da bildirilib ki, aprelin 27-də Astanada birinci “Mərkəzi Asiya – İtaliya” sammiti keçiriləcək.