Mənsimovlarda toy - Məşhur iş adamı ilə quda oldular + Fotolar

mensimovlarda-toy
Oxunma sayı: 2130

Mənsimovlar ailəsində xoş hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı, şirkətin Bakı ofisinin və “PAL süd”ün rəhbəri Mais Mənsimovun qızının toyu olub.

Toy Türkiyədə Çırağan sarayında baş tutub. Mais Mənsimovun qızı Zümrüd Azərbaycanın tanınmış iş adamlarından olan, Zülfüqarlı qardaşlarından biri, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə ailə həyatı qurub.

Toyda  500 nəfər iştirak edib. Azərbaycanlı və türkiyəli rəsmi şəxslər arasında AKP sədrinin köməkçisi Mehdi Aker də olub.

Mərasimdə Murad Boz, Hadisə  və bir sıra məşhur ulduzlar çıxış edib.

Dəbdəbəli toy mərasimindən bəzi fotoları təqdim edirik: