“Məqsədimiz dünyanın ən güclü strateji gücünə sahib olmaqdır” - Kim Çen In

meqsedimiz-dunyanin-en-guclu-strateji-gucune-sahib-olmaqdir
Oxunma sayı: 2000

Şimali Koreya lideri Kim Çen In ölkəsinin dünyanın ən güclü strateji gücünə sahib olmağı hədəflədiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kim bunu noyabrın 18-də keçirilən qitələrarası ballistik raket sınağında iştirak edən hərbçilərin mükafatlandırma mərasimində deyib.

Lider Şimali Koreyanın güclü ordu qurmaq qabiliyyətini nümayiş etdirdiyinə diqqət çəkib:

"Bizim əsas məqsədimiz dünyanın ən güclü strateji qüvvəsinə sahib olmaqdır".