Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 4-də saat 6 radələrində qeydə alınıb.
Bakı şəhər sakini A.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Sədaqət Əfəndiyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər