Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi həbs edildi - Yenilənib

merkezi-herbi-hekim-komissiyasinin-sabiq-reisi-hebs-edildi
Oxunma sayı: 6214

Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Həsənov korrupsiya cinayətlərində ittiham olunur.

Hazırda sərəncamda olan tibb xidməti mayoru Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

***

Əldə etdiyimiz məlumata görə, Rasim Həsənov biraz əvvəl hakim qarşısına çıxarılıb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Sail Ağasəlim