Mərkəzi Nəbatat Bağının 70 min su borcu var

merkezi-nebatat-baginin-70-min-su-borcu-var
Oxunma sayı: 3606

“Azərsu”dan mənə bildirildi ki, AMEA-nın tabeliyindən çıxan Mərkəzi Nəbatat Bağının 70 min manat su borcu var”.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın bu gün keçirilən ümumi yığıncağında deyib.

Akademik onların tabeliyindən çıxan qurumların borcu üçün AMEA-ya məlumat verilməməsini istəyib.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.