Məscid tikintisindən 150 minlik oğurluq edən 4 azərbaycanlı tutuldu - Foto

mescid-tikintisinden-150-minlik-ogurluq-eden-4-azerbaycanli-tutuldu
Oxunma sayı: 918

İstanbulun Anadolu bölgəsində yerləşən Şile qəsəbəsində oğurluq əməli törətmiş 4 Azərbaycan vətəndaşı tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, qəsəbənin Meydan küçəsində Kılıçarslan məscidinin təmirində inşaat işçisi kimi çalışan Azərbaycan vətəndaşları - N.M., N.N., R.A. və H.A. avqustun 5-nə keçən gecə tikinti meydançasından oğurluq edərkən tutulub.

Polisin keçirdiyi tədbirlərlə onlar cinayət başında saxlanılıblar. Həmin şəxslərin ümumilikdə 150 min lirə (5340 manat) dəyəri olan inşaat materiallarını Şilenin Kabaköz kəndində yerləşən evə daşıdıqları müəyyənləşib.

Polisdə aparılan sənədləşmədən sonra saxlanılan şəxslərin ölkədən çıxarılmasına qərar verilib.