Dünya şöhrətli İtaliya brendi “Dolce&Gabbana” müsəlman qadınlar üçün geyimlər hazırlayıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Domeniko Dolce və Stefano Gabbana hicablı qadınlar üçün nəzərdə tutulmuş geyimlərə yenilik gətirərərək onları çiçəkli naxışlarla, çox baha olmayan daşlarla bəzəyib. Bu barədə S. Gabbana “İnstagram” hesabında geyimlərdən nümunələr paylaşaraq məlumat verib.
“Dolce&Gabbana”nın dizayn etdiyi abayi (uzunqollu milli ərəb geyimi) və hicab İtaliyanın ən yaxşı ipək parçalarından tikilib. Geyimləri ətrafı çiçəklərlə bəzədilmiş böyük eynəklər və klassik tərzdə dəri çantalar tamamlayır.














Son xəbərlər
Son Xəbərlər