Məşhur narkobaron ABŞ-a ekstradisiya olundu

meshur-narkobaron-abs-a-ekstradisiya-olundu
Oxunma sayı: 2316

Kolumbiyanın məşhur narkobaronlarından olan “Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti İvan Duke məlumat verib.

O, “Otoniel”i məşhur Pablo Eskobarla müqayisə edib.

Qeyd olunur ki, 180 ilə 200 ton arasında kokain qaçaqmalçılığı edən “Otoniel” ötən ilin oktyabrında Antioquia əyalətində saxlanılıb.

2009-cu ildə Nyu-York məhkəməsi onun yerini bildirənə 5 milyon dollar vəd etmişdi.