Məşhur türk bloqqer Gəncədə - Video

meshur-turk-bloqqer-gencede
Oxunma sayı: 8156

Məşhur türk bloqqer Ruhi Çenet Gəncə şəhərinə gəlib.

“Qafqazinfo” bildirir ki, o, 5 milyona yaxın izləyicisi olan yutub kanalı vasitəsilə Ermənistanın Azərbaycana qarşı törətdiyi terrorla bağlı məlumat verib.

Çenet şəhərdə erməni terrorundan zərər çəkmiş ailələrə baş çəkib, onlarla söhbətləşib.

O, həmçinin bir neçə hərbçi ilə görüşüb. Hərbçilərdən biri ondan Türkiyə bayrağını istəyib, digəri isə ona öz əlləri ilə hazırladığı təsbehi hədiyyə edib.

Daha ətraflı aşağıdakı videoda izləyə bilərsiniz: