Argentinalı hücumçu Lionel Messi ABŞ-nin “İnter Mayami” futbol klubu ilə müqavilə imzaladığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Messi bu haqda “Mundo Deportivo” qəzetinə açıqlamasında bildirib:
““Barselona”ya qayıtmıram, “İnter Mayami”yə keçirəm”.
Qeyd edək ki, müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, klubda hər ilinə 50 milyon avro maaş alacaq.
Xatırladaq ki, “İnter Mayami” klubunun sahibi əfsanəvi futbolçu Devid Bekhemdir.