Dünyaşöhrətli futbolçu, “İnter Mayami”nin hücumçusu Lionel Messi bir sıra yoldaşlıq oyunları üçün Argentina yığmasının heyətinə daxil edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, komanda sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina-Faso və oktyabrın 6-da Beninlə qarşılaşacaq. Beninlə oyunun Messinin vida matçı olacağı gözlənilir. Buenos-Ayresdəki “Monumental” stadionunda futbolçu üçün xüsusi yolasalma mərasiminin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, avqustun 31-də Messi Argentina milli komandasındakı karyerasını başa vurduğunu rəsmən elan etmişdi. O, 2005-ci ilin avqustundan bəri yığmanın heyətində çıxış edərək 207 oyun keçirib və 125 qol vurub. Bununla da o, milli komandanın tarixində ən çox qol vuran futbolçuya çevrilib.
Son xəbərlər
Son Xəbərlər