Məsumə Babayevanın dəfn yeri və vaxtı məlum oldu

mesume-babayevanin-defn-yeri-ve-vaxti-melum-oldu
Oxunma sayı: 1517

Aktrisa Məsumə Babayevanın dəfn mərasiminin vaxtı və məkanı açıqlanıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, mərhumun dəfn mərasimi yanvarın 25-də, 12:00-da Suraxanı rayonu, Vahid Xəlilov küçəsi 23A ünvanında, Qış klubunun yaxınlığında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.