“Meta”ya 251 milyon cərimə kəsildi

metaya-251-milyon-cerime-kesildi
Oxunma sayı: 1536

İrlandiya Məlumatların Qorunması Komissiyası “Meta”nı 251 milyon avro (təxminən 448 milyon manat) məbləğində cərimələyib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu, 2018-ci ilin sentyabrında şirktə qarşı bildirilən “şəxsi məlumatların pozulması” ilə bağlı araşdırmaların yekun nəticəsidir.

Qeyd edək ki, İrlandiya Məlumatların Qorunması Komissiyası Aİ-də fərdi məlumatlarla bağlı şəxslərin əsas hüquqlarını qorumağa cavabdeh olan müstəqil qurumdur.