Metroda gənc qıza qarşı əxlaqsızlıq edib yumruqla vurdu - Yenilənib

metroda-genc-qiza-qarsi-exlaqsizliq-edib-yumruqla-vurdu
Oxunma sayı: 8776

Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 2-si, saat 8 radələrində qatarda sıxlıq olarkən gənc oğlan 2000-ci il təvəllüdlü Ş.Fətullayevə (şərti soyadlı) qarşı əxlaqsız hərəkətlər edib. 22 yaşlı qız həmin şəxsə irad bildirdikdə mübahisə baş verib və o, qızı yumruqla vuraraq oradan uzaqlaşıb.

Həmçinin oxuyun: Скончался Фазиль Мамедов

Hadisədən sonra Ş.Fətullayeva qatarı tərk edərək metroda xidmət aparan polis əməkdaşlarına müraciət edib.

Ş.Fətullayeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ona qarşı nalayiq hərəkətlər edən şəxs təxminən 24-25 yaşında olub: “Mən ona irad bildirəndə yumruqla vurmağa başladı, dərhal polisə müraciət etdim, gedib şikayət ərizəsi yazdım. Həmçinin tibbi ekspertizadan keçdim. Hələlik həmin şəxs tutulmayıb”.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, “Nəriman Nərimanov” stansiyasında baş vermiş hadisə ilə əlaqədar Bakı Metropoliteninin Polis Şöbəsində araşdırma aparılır: “Xəsarət  yoxdur, mübahisə tərəflər arasında yaranan anlaşılmazlıqdan qaynaqlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Nizam Rza