Ronaldo milliyə çağırılmadı

ronaldo-milliye-cagirilmadi
Oxunma sayı: 863

“Əl Nəsr”in ulduzu Kriştianu Ronaldo Portuqaliya milli futbol komandasına çağırılmayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldonun yoxluğunda Qonçalo Quedes 2022-ci ildən sonra ilk dəfə milliyə dəvət alıb.

Qeyd edək ki, Ronaldo son həftələrdə aldığı bud əzələsi zədəsi səbəbindən Meksika və ABŞ-yə qarşı keçiriləcək yoldaşlıq oyunlarını buraxacaq.

Komandanın baş məşqçisi Roberto Martinez isə futbolçunun vəziyyətinin ciddi olmadığını bildirib və onun dünya çempionatına qədər hazır olacağını qeyd edib.