Hava ilə bağlı - Xəbərdarlıq

hava-ile-bagli
Oxunma sayı: 2090

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.  Çaylarda sululuğun artacağı ehtimal olunur.