Tərtər rayonu Qapanlı kəndində böyük coşqu ilə Novruz bayramı qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə sədrləri, mədəniyyət işçiləri, kənd ağsaqqalları və sakinlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər kənd sakinlərini bayram münasibətilə təbrik edərək, hər kəsə sağlamlıq, bol ruzi və bərəkət arzulayıb, bayramın tarixi əhəmiyyətindən, dövlətimizin milli adət-ənənələrimizə verdiyi yüksək önəmdən bəhs edib və bütün kənd sakinlərinə xoş arzularını çatdırıblar.
Kəndin mərkəzi meydanı bayram əhval-ruhiyyəsində xüsusi zövqlə bəzədilib. El ağsaqqalı Dədə Qorqud gəlişi ilə məclisi nurlandırıb, öz xeyir-duasını verib. Ardınca atlıların meydana daxil olması bayram təntənəsini daha da artırıb. Daha alovlandırılan bayram tonqalı hər yanı nura boyayıb.






Son xəbərlər
Son Xəbərlər