Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

hovsanda-muellim-qetle-yetirildi
Oxunma sayı: 10246

Suraxanı rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, iki uşaq anası P.Abbasova Hövsan qəsəbəsindəki 118 saylı orta məktəbdə müəllim işləyib.