Qərb bölgəsində Novruz Bayramı bu il də qeyri-adi görüntülərlə yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, Qazaxda bayramla bağlı gənclər müxtəlif kostyumlar geyinərək küçələrə axışıb, musiqi sədaları altında rəqslər ediblər.
Bu ənənə rayonda uzun illərdir ki, qeyd olunur. Adətə görə, bayramla əlaqədar olaraq gənc oğlanlar Novruzda qadın, ceyran, maral libasları geyinərək sakinləri əyləndirirlər. Buna bənzər görüntülər ötən bayramlarda da sosial şəbəkələrdə viral olmuşdu.
Kimisi bu görüntüləri əyləncə kimi qəbul etsə də, kimi üçün birmənalı hesab olunmur:
Son xəbərlər
Son Xəbərlər