“Xəmsə” oyununun yaradıcısı vəfat etdi

xemse-oyununun-yaradicisi-vefat-etdi
Oxunma sayı: 1216

“Xəmsə” Milli İntellektual Oyununun yaradıcısı Faiq Hüseynov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Qeyd edək ki, o, 2018-ci ildə “Nə? Harada? Nə Zaman?” oyunu üzrə Beynəlxalq Klublar Assosasiyasının konqressində İdarə Heyətinə seçilən ilk azərbaycanlı olub.

Faiq Hüseynov “Nə? Harada? Nə zaman?” oyunu üzrə həm Azərbaycan, həm də rus dilində Azərbaycan çempionudur. Bakıda keçirilən “Caspian Cup” adlı intellektual festivalın da yaradıcısı olub.