Meyiti qəbiristanlığın yaxınlığında tapıldı

meyiti-qebiristanligin-yaxinliginda-tapildi
Oxunma sayı: 834

Ağstafa rayonunda 46 yaşlı kişinin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 10-u saat 23 radələrində Həsənsu kəndində baş verib.

1980-ci il təvəllüdlü Zaur Novruz oğlu Yolçuyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində - qəbiristanlığın yaxınlığında aşkar edilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.