Uels şahzadəsi Keyt Middlton xərçəngin müalicəsi üçün lazım olan kimyaterapiya kursunu başa vurub.
“Qafqazinfo” xəbər verir ki, o bu haqda instaqram hesabında yazıb.
Middleton qeyd edib ki, o, tezliklə Britaniya kral ailəsinin yüksəkvəzifəli üzvü kimi işə qayıdacaq:
“Xərçəngin geri qayıtmasının qarşısını almaq üçün əlimdən gələni etmək indi mənim əsas prioritetimdir. Kimyaterapiya bitsə də, tam sağalmaq üçün uzun bir yolum var. Gələcəkdən qayğılı olmadan hər günü olduğu kimi yaşamağa davam edəcəyəm. Bununla belə, mən işə qayıtmağı səbirsizliklə gözləyirəm və yaxın aylarda, mümkün qədər tez bir neçə ictimai tədbirdə iştirak edəcəyəm”.
K.Middlton, həmçinin Norfolk qraflığında ailəvi tətil zamanı çəkilmiş görüntüləri də paylaşıb.
Xatırladaq ki, bir müddətdir ictimaiyyət arasında görünməyən 42 yaşlı Keyt Middltonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi. Lakin həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu.