Milli Aviasiya Akademiyasının iki müəllimi vəfat etdi

milli-aviasiya-akademiyasinin-iki-muellimi-vefat-etdi
Oxunma sayı: 4783

Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat Aerokosmik Problemləri İnstitutunun Yeni texnika və patent şöbəsinin rəisi Arif Ramazanzadə və Aerokosmik cihazlar kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Arif Bədəlov dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Aviasiya Akademiyası feysbuk hesabında məlumat yayıb.