Millimiz Bolqarıstana böyük hesabla uduzdu

millimiz-bolqaristana-boyuk-hesabla-uduzdu
Oxunma sayı: 1097

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Bolqarıstanla üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 141:48.

Qeyd edək ki, Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.