Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün final görüşünə çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, yarımfinalın taybrekində Qazaxıstanı 3:1 hesabı ilə məğlub edən milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gələcək.
İki görüşdə qalib bəlli olmasa, komandalar taybreykdə münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Son xəbərlər
Son Xəbərlər