ABŞ Prezidenti Donald Trampın İranla davam edən hərbi münaqişəni “sonsuz müharibəyə” çevirmədən, yaxın həftələrdə danışıqlar yolu ilə bitirmək istədiyi barədə məlumatlar yayılıb.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Tramp köməkçilərinə hərbi əməliyyatların 4-6 həftəlik müddət ərzində yekunlaşdırılmasının vacibliyini bildirib.
Lakin Ağ Evdəki bəzi mənbələr bu zaman çərçivəsinin real olmadığını hesab edirlər. ABŞ lideri qeyd edib ki, əgər Tehran təklif olunan şərtləri qəbul etməsə, hərbi eskalasiya daha da kəskinləşəcək.
Qeyd edək ki, Vaşinqton Pakistan vasitəsilə İrana 15 maddəlik sülh planı təqdim edib. İran tərəfi isə artıq bu plana rəsmi cavabını göndərib və hazırda ABŞ-nin reaksiyasını gözləyir. Tehranın əsas tələbləri hərbi əməliyyatların dayandırılması, təhlükəsizlik zəmanətləri, dəymiş ziyana görə təzminat ödənilməsi və Hörmüz boğazı üzərində suverenliyinin tanınmasıdır.
Son xəbərlər
Son Xəbərlər