U-19 millimiz seçmə mərhələdəki son oyununda uduzdu

u-19-millimiz-secme-merheledeki-son-oyununda-uduzdu
Oxunma sayı: 411

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin I raundunda son oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan U-19 Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşıb.

“Raudondvario” stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub.

Qeyd edək ki, Azərbaycanın U-19 millisi ilk oyunda ev sahibi Litvaya 4 cavabsız qolla məğlub olub.