Azərbaycan U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
“Qafqazinfo” xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv doğma meydanda İsveçrə yığması ilə qarşılaşıb.
Sumqayıtda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk turda Lixtenşteynə uduzan (0:1) milli Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub. Cəmi 3 xalı olan komandamız qrup sonuncusudur.
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
15 oktyabr
20:00. Azərbaycan - İsveçrə -0:1
Qol: Nedim Bayrami, 31
Baş hakim: Novak Simoviç (Serbiya).
Sumqayıt. “Kapital Bank Arena”.