Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi - Yenilənib

millimiz-monqolustana-son-deqiqe-qolu-ile-qalib-geldi
Oxunma sayı: 7528

Xəbər verdiyimiz kimi, bu gün “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Azərbaycan və Monqolustanın futbol üzrə milli komandaları üz-üzə gəlir.

“Qafqazinfo”nun məlumatına görə, milli komandaların start heyətləri bəlli olub:

Azərbaycan: 12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 9, Renat Dadaşov, 7.Coşqun Diniyev, 15. Bədavi Hüseynov, 10. Ozancan Kökçü, 8.Emin Mahmudov, 4.Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 2. Amin Seydiyev, 11. Ramil Şeydayev

Baş məşqçi: Arif Əsədov

Monqolustan: 1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8.Batmunh, 5.Chinzoriq, 4. Qreyt-old, 9.Oyunbaatar, 3.Purevdorj, 18. Uganbayar.

Baş məşqçi: İçiro Otsuka

Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, millimiz martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

 

***

Qarşılaşma start götürüb.

***

İlk hissə qolsuz başa çatıb.

***

Bəhlul Mustafazadə 90+1-ci dəqiqədə hesabı açdı: Azərbaycan - Monqolustan 1:0.

***

Qarşılaşma millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.