Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan yığması da bu gün sözügedən turnirdə növbəti matçına çıxacaq.
Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Malta ilə qarşılaşacaq.
Bir neçə gün öncə Bakıda Kosovo ilə bərabərə qalan (0:0) futbolçularımız bu oyunda ilk qələbə sevincini yaşamağı hədəfləyib. Malta isə ilk turda səfərdə Farer adalarına 1:3 hesabıyla uduzub.
Bu gün millimizin yer aldığı qrupun digər matçında Kosovo evdə Farer adaları ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup
10 sentyabr
22:45. Malta - Azərbaycan
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Milovan Cukiç, Yoviça Tatar
Dördüncü hakim: Aleksandar Cikanoviç
Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (Hamısı Çernoqoriya).
Ta Qali. Milli stadion.
22:45. Kosovo - Farer adaları
***
Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:
Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Mahir Mədətov, 8. Emin Mahmudov, 10. Rauf Əliyev, 13. Dmitri Nazarov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə, 22. Bədavi Hüseynov
Malta: 1. Endryu Hoqq, Jozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Acus, 6. Rayan Fenek, 8. Pol Fenek, 9. Maykl Mifsud (k.), 10. Andre Şembri, 13. Jozef Mbonq, 14. Jan-Pol Farruciya, Rayan Kamilleri
***
Matç başladı.
***
Oyunda hesab erkən açılıb. Bədavi Hüseynovun səbəb olduğu penaltini 10-cu dəqiqədə Acus qapımızdan keçirib.
***
Qoldan sonra irəli atılmağa çalışan Azərbaycan futbolçuları rəqibin sərt müdafiəsini keçməkdə çətinlik çəkirlər.
***
26-cı dəqiqədə millimiz hesabı bərabərləşdirməyə nail olub. Riçard Almeydanın cərimə zərbəsini qapıçı qaytarsa da, top cərimə meydançasının yaxınlığındakı Təmin Xəlilzadənin ayağına düşüb. Müdafiəçimiz uzaqdan zərbə ilə baxımlı qola imza atıb.
***
30-cu dəqiqədə Maltanın futbolçusu Zerafa millimizin müdafiəçisi Pavel Paşayevə qarşı sərt oynayıb və sarı kartla cəzalandırılıb. Ciddi zədələnən Paşayev oyuna davam edə bilməyib və 34-ü dəqiqədə yerini Ürfan Abbasova buraxıb.
***
İlk hissədə başqa qol vurulmayıb və komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.
***
İkinci hissə başladı.
***
İkinci hissəyə sürətli başlayanb Malta 50-ci dəqiqədə 100 faizlik qol şansını dəyərləndirə bilməyib. Sağ cinahdan ötürmədən sonra vurulan baş zərbəsi qapının yanından keçib.
***
Matçda 70 dəqiqə geridə qaldı. 1:1-lik bərabərlik davam edir.
***
Oyunda üstünlüyü tamamilə ələ alan Azərbaycanın hücumları hələlik hesabı dəyişmək üçün kifayət etmir. Artıq 85 dəqiqə geridə qaldı.
Son xəbərlər
Son Xəbərlər