Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan Azərbaycan səfərdə Farer adaları ilə qarşılaşacaq.
İlk iki matçında bərabərlik əldə edən komandamız ilk qələbəsini qazanmaq üçün meydana çıxacaq.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq. Qrupun digər matçında isə lider Kosovo autsayder Maltanı qəbul edəcək.
11 oktyabr
22:45. Farer adaları - Azərbaycan
Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko (Rusiya)
Torşavn, “Torsvullur” stadionu
***
Komandaların heyətləri bəlli olub:
Farer adaları: 1. Qunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atli Qreqersen (k), 6. Hallur Hansson, 7. Kay Leo Bartalsstovu, 8. Brandur Hendriksson Olsen, 9. Gilli Rolantsson Sorensen, 10. Finnur Yustinussen, 14. Yohan Simun Edmundsson, 15. Odmar Feryo, 16. Rene Şaki Yönsen
Ehtiyat oyunçular: 12. Teytur Matras Gestsson, 23. Kristian Yönsen, 2. Maqnus Eqilsson, 11. Heyni Vatnsdal, 13. Aleks Mellemqar, 17. Qunnar Vatnamar, 19. Roqvi Baldvinsson, 20. Eli Falkvard Nilsen, 21. Klemint Andrasson Olsen, 22. Pol Yohannus Yustinussen
Baş məşqçi: Lars Olsen
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə
Baş məşqçi: Qurban Qurbanov
***
Oyun başladı.
***
Qarşılaşmanın 28-ci dəqiqəsində Riçard Almeyda hesabı açdı. Millimiz 1-0 öndədir.
***
Yığmalar fasiləyə yollandı.
***
İkinci hissə başladı.
***
Dmitri Nazarov 67-ci dəqiqədə rəqibin qapısına qol vurdu. Bununla da oyun 2:0 hesabı ilə millimizin üstünlüyü şəraitində keçir.
***
86-cı dəqiqədə millimiz penalti imkanı qazandı. Riçard Almeyda bu şansdan yararlanaraq Azərbaycana 3-cü qolu qazandırdı.
***
Matç yekunlaşdı. Beləliklə, Azərbaycan yığması qələbə ilə Bakıya qayıdır.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Son xəbərlər
Son Xəbərlər