Milyonlarla dollarlıq saat kolleksiyası - Fotolar

milyonlarla-dollarliq-saat-kolleksiyasi
Oxunma sayı: 863

Hindistanlı milyarder Mukeş Ambaninin oğlu Anant Ambani ən dəbdəbəli saat kolleksiyasına malik şəxslərdən biri hesab olunur. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun bəzi saatları hətta elit daşınmaz əmlakdan daha bahadır.

Belə ki, Ambaninin kolleksiyasına son dərəcə nadir “Patek Philippe Nautilus 5990/1422G”, “Patek Philippe Sky Moon Tourbillon 6002R-001” saatı, 18 karatlıq ağ qızıldan hazırlanmış unikal “Patek Philippe Nautilus Travel Time 5990/1422G “Ruby”, tamamilə ağ qızıldan hazırlanmış zərif “Patek Philippe Grandmaster Chime 6300G-010” modeli, çəhrayı qızıldan hazırlanmış “Richard Mille RMS-10 Tourbillon Koi Fish”, tamamilə sapfirdən hazırlanmış, kauçuk qayışlı RM 056 modeli, tennisçi Rafael Nadalla əməkdaşlıq çərçivəsində yaradılmış “Richard Mille RM27-02 Tourbillon Rafael Nadal” modeli, titan korpuslu “Audemars Piguet Royal Oak Concept Tourbillon GMT 26580IO” və s. modellər daxildir. Bu kolleksiyanın ümumi dəyərinin təxminən 35 milyon ABŞ dolları təşkil etdiyi bildirilir.