Mingəçevirdə bir nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.
“Qafqazinfo”nun məlumatına görə, şəhərin Heydər Əliyev prospekti 43 ünvanında yerləşən binadakı mənzildə partlayış olub.
Hadisə nəticəsində 1941-ci il təvəllüdlü Osmanova Rahilə evdə qaz sızmasından baş vermiş partlayışda yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 54 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 6 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.