Minifutbol millimiz heç-heçə ilə başladı

minifutbol-millimiz-hec-hece-ile-basladi
Oxunma sayı: 2323

Bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turniri start götürüb. 

“Qafqazinfo” xəbər verir ki, yarışda 10 komanda iştirak edir. Bunlar Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan, İtaliya, Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə və Cənubi Afrika yığmalarıdır.

Azərbaycan millisi bu gün A qrupunun 1-ci turunda, Bakı Tennis Akademiyasında Çexiya ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bu qrupun ilk matçında isə Serbiya millisi Gürcüstana qalib gəlib - 1:0.

Qeyd edək ki, turnirə mayın 6-da yekun vurulacaq.