Minik maşınları “TIR”ların arasında qaldı - 4 ölü, 4 yaralı +Foto

minik-masinlari-tirlarin-arasinda-qaldi
Oxunma sayı: 1347

Rusiyada Moskva və Sankt-Peterburqu birləşdirən magistralda ağır qəza baş verib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə FHN Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən üç yük və üç minik avtomobillərinin iştirakı ilə baş verən qəza nəticəsində 4 nəfər ölüb. Daha 4 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis qəzanın başvermə səbəbini araşdırır.