Gələn il Azərbaycanda minimum pensiya məbləği artırılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əks olunub.
2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Azərbaycanda minimum pensiya məbləği 280 manatdır.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər