Mir Şahin Jurnalistika fakültəsində - Fotolar

mir-sahin-jurnalistika-fakultesinde
Oxunma sayı: 2678

Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin Ağayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub. 

“Qafqazinfo” xəbər verir ki, o, tələbələrlə görüşərək jurnalistikanın sirlərini bölüşüb.

Görüş zamanı tələbələrə onun müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişindən videolar da təqdim edilib. 

Görüşdə Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor, görkəmli jurnalist Cahangir Məmmədli də iştirak edib. 

Qeyd edək ki, Prezident İlham Əliyev Mir Şahin Ağayevi 60 illiyi münasibətilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.