Misirdə qatar relsdən çıxdı, ölən və yaralılar var

misirde-qatar-relsden-cixdi-olen-ve-yaralilar-var
Oxunma sayı: 1982

Misirdə sərnişin qatarı relsdən çıxması nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Qalyub şəhərində dəmir yolu stansiyası yaxınlığında baş verib.

Qatarın Minuf şəhərindən Qahirəyə getdiyi bildirilib. Hadisə yerinə 20 təcili yardım maşını cəlb edilib, yaralılar xəstəxanaya aparılıb.