Misir Argentinaya qalib gəlir - Canlı-Yenilənir

misir-argentinaya-qalib-gelir
Oxunma sayı: 4346

Son dünya çempionu Argentina millisi bu gün mundialda 1/8 finala çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, cənubi amerikalılar Misirlə qarşılaşacaq. 

Bu görüş həm də argentinalıların kapitanı Lionel Messi və misirlilərin ulduzu Məhəmməd Salah arasında mübarizə baxımından maraqlı olacaq. 

Matç Bakı vaxtilə saat 20:00-da başlayacaq. 

DÇ-2026 1/8 final

20:00. Argentina - Misir.
***

Komandaların start heyətləri açıqlanıb:

Argentina: 23 Emiliano Martines, 3 Nikolas Talyafiko, 6 Lisandro Martines, 13 Kristian Romero, 26 Nauel Molina, 5 Leandro Paredes, 7 Rodriqo De Paul, 20 Aleksis Mak Allister, 24 Enzo Fernandez, 9 Xulian Alvares, 10 Lionel Messi.

Ehtiyat oyunçular: 1 Xuan Musso, 12 Xeronimo Rulli, 2 Markos Senesi, 4 Qonsalo Montiel, 19 Nikolas Otamendi, 25 Fakundo Medina, 8 Valentin Barko, 11 Covani Lo Çelso, 14 Esekyel Palasios, 15 Niko Qonsales, 16 Tiaqo Almada, 17 Culiano Simeone, 18 Niko Pas, 21 Xose Manuel Lopes, 22 Lautaro Martines.

Misir: 23 Mustafa Şubir, 2 Yasser İbrahim, 3 Məhəmməd Hani, 5 Rami Rabia, 15 Kərim Hafez, 8 İmam Aşur, 11 Mustafa Ziko, 17 Mohanad Laşin, 19 Mərvan Attia, 10 Məhəmməd Salah, 12 Heysəm Həsən.

Ehtiyat oyunçular: 1 Məhəmməd Əl-Şenavi, 16 Mehdi Soliman, 26 Məhəmməd Alaa, 4 Hossam Abdelmaquid, 24 Tariq Alaa, 14 Hamdi Fathi, 18 Nabil Donqa, 21 Mahmud Saber, 7 Trezeqe, 9 Həmzə Abdelkərim, 20 İbrahim Adel, 22 Ömər Marmuş, 25 Zizo.

***

Matç başladı.

***

Misir 15-ci dəqiqədə hesabı açır. Yasser İbrahim fərqlənir.

***

Messi penaltini qaçırır.

***

Fasilə.

***

İkinci hissə başladı.