Mitinqdəki şəkillə mühacirətə getdilər... - Bir aya 50 nəfər

mitinqdeki-sekille-muhacirete-getdiler
Oxunma sayı: 9147

Son illər Azərbaycandan Avropa ölkələrinə getmək üçün müxtəlif variantlara əl atan soydaşlarımız daha çox özlərini müxalifət fəalları kimi təqdim edirlər.

"Qafqazinfo" gununsesi.info-ya istinadən xəbər verir ki, məlum olub ki, həmin şəxslərin siyasi müxalifətə heç bir aidiyyatı yoxdur. Həmçinin, Avropada yaşayan siyasi fəalların özləri də oradakıların çoxunu tanımır.

Ötən ayın sonunda isə 50-yə yaxın Azərbaycan vətəndaşı Avropa ölkələrinə mühacirət edib. Maraqlıdır ki, mühacirətə gedənlərin əksəriyyəti son zamanlar təşkil edilən mitinqlərdə olanlardır. Belə ki, aksiyaya qatılan bu insanlar bir neçə foto çəkdirməklə buna nail olublar. Müxtəlif yollarla Avropaya daxil olan həmin şəxslərin əksəriyyəti gənclərdir. Onlar daxil olduğu ölkələrdə son aksiyalarda fotolarını yerli qurumlara təqdim edərək, özlərini siyasi müxalifətin tərəfdarıları kimi təqdim ediblər.

Hazırda mühacir düşərgələrinə qəbul olunan həmin şəxslərlə bağlı araşdırmalar başlayıb.

***

AXCP sədrinin müavini, Milli Şuranın üzvü Gözəl Bayramlı təmsil etdiyi partiyadan gənclərin mühacirətə gedib getməməsi məsələsinə aydınlıq gətirib. G. Bayramlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Milli Şuranın mitinqindən sonra AXCP-dən kiminsə mühacirətə getməsi ilə bağlı hər hansı məlumat yoxdur: “Belə bir fakt ümumiyyətlə mövcud deyil”.