Mitinqə icazə verilmədi - Generalın və digər müraciətlərin əsasında

mitinqe-icaze-verilmedi
Oxunma sayı: 11487

Milli Şuranın 26 yanvarda keçirmək istədiyi mitinqinə icazə verilməyib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, mitinqin təşkilat komitəsinin üzvü İbrahim İbrahimli bir qədər əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin cavabını meriyadan götürüb. BŞİH mitinqin keçirilməsinin məqsədəuyğun olmadığını qeyd edib.

Əldə etdiyimiz məlumata görə, bir neçə gün öncə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Mirqafar Seyidov BŞİH-ə müraciət edərək təhlükəsizlik tədbirləri ilə bağlı mitinqin keçirilməsinə razılıq verilməməsi barədə vəsatət verib.

Eyni zamanda, digər çoxsaylı qurumlar və ayrı-ayrı şəxslər də meriyaya oxşar məzmunlu müraciətlər ediblər.

Murad Əhməd