Moldova hökumətində axtarış aparılır - Korrupsiya işiylə bağlı

moldova-hokumetinde-axtaris-aparilir
Oxunma sayı: 630

Moldovanın Korrupsiya ilə Mübarizə Mərkəzinin əməkdaşları və Antikorrupsiya prokurorluğunun zabitləri hökumət və digər dövlət müəssisələrində axtarışa başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, məlumatı Milli Antikorrupsiya Mərkəzinin mətbuat xidməti də təsdiqləyib. Mətbuat katibi Anjela Starinskinin sözlərinə görə, əsas məqsəd korrupsiya işidir. Lakin o, detalları açıqlamaqdan imtina edib: “Ancaq onu deyə bilərəm ki, korrupsiya işinə məmurlar, bəzi yaşayış məntəqələrinin merləri və bir sıra iqtisadi agentlər qarışıblar”.