Moskvada əsrin ən soyuq 5 günü gözlənilir

moskvada-esrin-en-soyuq-5-gunu-gozlenilir
Oxunma sayı: 8695

Rusiyanın paytaxtı Moskvada yanvarın 6-dan 10-na qədər mənfi 29 dərəcəyə qədər şaxta gözlənilir.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib. 

Havanın kəskin soyuması yanvarın 6-dan başlayacaq. Belə ki, gecə temperatur mənfi 20-22 dərəcə, gündüz isə mənfi 18-20 dərəcə olacaq.

Yanvarın 8-i isə temperaturun mənfi 29 dərəcə təşkil edəcəyi gözlənilir. 

Bildirilir ki, sözügedən tarixlər Moskvada son 23 ilin, yəni bu əsrin ən soyuq 5 günü olacaq.