Moskvada poçt şöbəsinə qumbara göndərildi

moskvada-poct-sobesine-qumbara-gonderildi
Oxunma sayı: 622

Moskvada “Poçta Rossii”nin şöbələrindən birinə içərisində qumbara olan bağlama göndərilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Shot” teleqram kanalı yayıb. 

Məlumata görə, bağlamalar şöbədə avtomobildən boşaldılarkən partlayış baş verib. Hadisə zamanı xəsarət alanların olub-olmamasına dair məlumat verilməyib. 

Hazırda insidentlə bağlı araşdırma aparılır.