Mövlud Süleymanlı bu dünyadan köçdü...

movlud-suleymanli-bu-dunyadan-kocdu
Oxunma sayı: 7548

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıb.

Xalq yazıçısının bu gün 81 yaşında dünyasını dəyişdiyi bildirilib.

M. Süleymanlı bu günlərdə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. 

Qeyd edək ki, ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edib. Onun “Köç”, “Ceviz qurdu”, “Səs” romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir.

Allah rəhmət eləsin!