MSK növbədənkənar parlament seçkiləri ilə bağlı iclas keçirdi - Fotolar+Yenilənib

msk-novbedenkenar-parlament-seckileri-ile-bagli-iclas-kecirdi
Oxunma sayı: 3659

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı iclası olub.

"Qafqazinfo" xəbər verir ki,  iclasın gündəliyində MSK tərəfindən Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə tədbirlərin Təqvim Planının təsdiq edilməsi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən ( hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması, bəzi normativ xarakterli aktlarda dəyişikliklər edilməsi məsələləri qoyulub.

***

İclasın sonunda MSK sədri Məzahir Pənahov KİV nümayəndələrinə müraciət edib. O, bu prosesdə mətbuat nümayəndələrini diqqətli olmağa çağırıb:

"MSK hər xırda məsələyə ciddi yanaşmalıdır. Mətbuat nümayəndələri cəmiyyətdə və yerlərdə olan problemləri ictimaiyyətə çatdırır. Bizə dair olan məlumatları də gecikmədən çatdırın ki, vaxtında həll edək. Biz xoşagəlməz hallarla bağlı bizə məlumat verənləri alqışlayırıq".

Qeyd edək ki, iclasda vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert və işçi qrupunun yaradılması da təsdiqlənib. 

Günel Türksoy 

Foto: Pərvin Zeynal