Müəllim və şagirdlər mikroavtobusda dəm qazından zəhərləndilər - Yenilənib

muellim-ve-sagirdler-mikroavtobusda-dem-qazindan-zeherlendiler
Oxunma sayı: 3184

Saatlıda 8 nəfər mikroavtobusda dəm qazından zəhərlənib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində baş verib.

Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. 1 müəllim və 8 şagird zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub: “Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. 

Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir”.