Müğənni Jasminin əri həbs edildi- - 1 milyardlıq oğurluq

mugenni-jasminin-eri-hebs-edildi-
Oxunma sayı: 4106


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, banklardan birindən 1 milyard rubl oğurlamaqda ittiham olunan İlan Şor Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Mərkəzə aparılıb.

Hüquq-mühafizə orqanları həmçinin müğənninin ərinə siyasi sığınacaq verən dostlarını da həbs etmək niyyətindədir.

Qeyd edilir ki, 37 yaşlı müğənninin həyat yoldaşının Rusiyaya girişinə 6 il qadağa qoyulub. Qadağa səbəb kimi biznesmenin Rusiya və Moldova banklarında apardığı maliyyə əməliyyatları olub. Belə ki, həmin əməliyyatlardan sonra 100 milyon dollardan çox pul yoxa çıxıb.